nə yazım

Məhəbbət bilməyən, sevgi görməyən
Daş ürəkli o dildârə nə yazım
Bülbül səsi qulağına çatmayan,
Güldən artıq olan xârə nə yazım

Dili dilimdəndir, ama söz almır
yalvarıram yuxumda bəli qalmır
Aylar-illər ötür qapımı çalmır
Bu dərdimə görən çârə nə yazım

Mənə yetir hər nə dərdi, kədəri
Xəncər olub yırtaydım bu qədəri
Boşlaya biləydim belə hədəri
Özgə sandığında vârə nə yazım

Yol üzündə sıra duran xüdəkdən
Arzı uzun əllər ama güdəkdən
Həsrət yükünə çevrilən ürəkdən,
Şərh olaraq min bir pârə nə yazım